Elmar Məmmədyarov Martin Çunqonq ilə görüşüb

Elmar Məmmədyarov Martin Çunqonq ilə görüşüb

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb. Görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Martin Çunqonq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nazir Elmar Məmmədyarov bu səfərin ikitərəfli əlaqələrə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığı qeyd edilib və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

Nazir Elmar Məmmədyarov belə səfərlərin, xüsusən intensiv görüşlərin və fikir mübadiləsinin aparılmasının daha sıx əməkdaşlıq üçün əhəmiyyətli vasitə olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə