Daxili İşlər Nazirliyi Polis İdarəsinin qarşısında baş verən intihara cəhd hadisəsi barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi Polis İdarəsinin qarşısında baş verən intihara cəhd hadisəsi barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin qarşısında baş verən intihara cəhd hadisəsi barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, özünə xəsarət yetirən Anar Əmirov quldurluq törətdiyi üçün polis tərəfindən saxlanılıbmış. Naməlum şəxs Bakı şəhərində yerləşən 4 saylı Klinik Xəstəxanada müalicə alan 80 yaşlı Xanım Nağıyevaya zor tətbiq edərək onun içərisində pul və şəxsi sənədləri olan çantasını əlindən alıb. Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Anar Əmirov tutulub. O, tutularkən özünü bıçaqlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, bu gün səhər Bakı şəhər sakini, 25 yaşlı Anar Əmirov Nəsimi rayon Polis İdarəsinin qarşısında özünü bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən bir neçə ağır bıçaq xəsarəti alan A. Əmirov ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə