İran və Ermənistan azad ticarət haqqında müqavilə imzalayacaq

Ermənistanın iqtisadiyyat nazirinin Tehrana nəzərdə tutulan səfəri çərçivəsində Ermənistan və İran azad ticarət haqqında razılaşma imzalayacaqlar. SİA-nın "The Tehran Times"a istinadən verdiyi xəbərə görə, Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan və İranın ticarət naziri Mehdi Qəzənfəri arasında baş tutan görüş zamanı ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi yolları müzakirə edilib.<> Qeyd edək ki, Tehran 2009-cu ilin avqustunda İrəvana ikitərfli razılaşmaları genişləndirmək üçün azad ticarət haqqında müqavilə layihəsini təqdim etmişdi.
20 mart 2010-ci ildən bəri 4 ay ərzində İran və Ermənistan arasında ticarət həcmi 45 milyon dollar olub. Bu rəqəmin 31 milyon dollarını İrandan bu ölkəyə ixrac təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə