Arzu Rəhimov Xaçmazda vətəndaşları qəbul edib

Arzu Rəhimov Xaçmazda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xaçmaz rayonunda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

SİA-nın verdiyi məlumata görə, qəbulda 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyən-ləşdirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə