Bu gün Bakıda hava əsasən yağmursuz keçəcək

Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal-qərb, şimal küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 17-19 dərəcə, günün birinci yarısında 25-30 dərəcə, axşama doğru 20-24 dərəcə isti təşkil edəcəkdir.

Sentyabrın 15-də hava şəraitinin buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq ehtimal olunur. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 21-24 dərəcə isti olacaqdır.

Azərbaycanın rayonlarında sentyabrın 14-15-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...