Təyyarə qəzasında 21 adam möcüzə sayəsində xilas olub

Təyyarə qəzasında 21 adam möcüzə sayəsində xilas olub

Venesuelada ölkədaxili sərnişin daşımalarını yerinə yetirən Conviasa aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının ardından yaralı olaraq xilas olan 23 sərnişindən 2-nin öldüyü bildirilib.

SİA-nın məlumatına görə, xəstəxana rəsmisi Yanitza Rodriquez 21 adamın müalicəsinin davam etdiyini, 2 nəfərin isə həyatını itirdiyini deyib.

Bolivar Əyalət qubernatoru Francisko Ranqel Qomez isə təyyarədə 47 sərnişin, 4 nəfər ekipaj üzvü olmaqla ümumilikdə 51 adam olduğunu söyləyib. Beləliklə qəzada ölənlərin sayı 30-a çatıb.

Qomez Marqarita adasından qalxan təyyarənin Puerto Ordaz şəhər aeroportuna çatmadan əvvəl qəzaya uğradığını bildirib.

Qazanın səbəbi isə hələlik bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə