Prezident İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşü olub.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstan Baş nazirinin Bakıda keçiriləcək görüşünün əhəmiyyətindən danışan dövlət başçıları AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...