ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan FHN-in təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir

ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan FHN-in təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir

Bakıda ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir.

SİA-nın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 13-dən 16-dək davam edəcək seminarın keçirilməsində məqsəd qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin bölüşdürülməsidir. Tədbirin ssenarisinin əsas istiqaməti subasma və neft dağılması ilə bağlıdır.

Tədbirdə FHN-in 40-a yaxın əməkdaşı ilə yanaşı, Azərbaycan Respublikasının digər dövlət qurum və təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə