Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Britaniyanın aparıcı şirkətlərindən olan "Wood Group" şirkətinin rəsmi internet səhifəsində Azərbaycanın xəritəsinin təhrif olunaraq Naxçıvan Muxtar Respublikasının Ermənistan ərazisi kimi göstərilməsinə etiraz olaraq şirkətin İcraçı direktoru Allister Laglandın ünvanına məktub göndərib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Wood Group" şirkəti öz növbəsində məktubu cavablandıraraq internet səhifəsində yer almış səhvlə bağlı üzrxahlıqlarını dilə gətirib, müvafiq düzəlişlər etdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB