Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda siyasi partiya bloklarının və səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələlərinə baxılıb.
MSK katibi Natiq Məmmədov Vətəndaş Həmrəyliyi və Demokratik İslahatlar partiyalarının təmsil olunduğu "Demokratiya" siyasi partiyalar bloku, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Ədalət və Təkamül partiyalarının birləşdiyi "İslahat" siyasi partiyalar bloku, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birləşdiyi "AXCP-Müsavat" siyasi partiyalar blokunun qeydiyyata alınması ilə bağlı təklif verdi. O, adıçəkilən siyasi partiya bloklarının qeydə alınması üçün əsasların mövcud olduğunu bildirib. "Demokratiya", "İslahat" və "AXCP-Müsavat" siyasi partiyalar bloku MKS üzvlərinin yekdil səsi ilə qeydə alındı.
Daha sonra səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. N.Məmmədov "Demokratiya" siyasi partiyalar bloku 11 nəfərdən ibarət səlahiyyətli, 2 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə , "İslahat" siyasi partiyalar bloku 18 nəfərdən ibarət səlahiyyətli nümayəndə, 3 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, "AXCP-Müsavat" siyasi partiyalar bloku 2 nəfərdən ibarət səlahiyyətli, 2 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Klassik Xalq Cəbhəsi Partiyası 64 nəfərdən ibarət səlahiyyətli, 2 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Azərbaycan Milli Demokrat Partiyası 2 nəfərdən ibarət səlahiyyətli, 1 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Demokratik Azərbaycan Dünyası Partiyası 3 nəfərdən ibarət səlahiyyətli, 2 nəfərdən ibarət maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etdiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndələrin MSK tərəindən qeydə alınıb.
İclasda 36 saylı Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklərin edilməsinə də baxılıb. Dəyişikliklər qəbul olunub.
Bununla MSK-da qeydə alınan siyasi partiyalar blokunun sayı 5-ə çatdı. Qeyd edək ki, Komissiyanın daha əvvəlki iclasında "Qarabağ" və "İnsan naminə" siyasi partiyalar bloklarının qeydə alınmalarına dair məsələyə baxılıb və hər iki blokun qeydə alınması barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB