Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti Azərbaycana səfər etməyə hazırlaşır. SİA-nın məlumatına görə, nümayəndə heyəti sentyabrın sonunda Bakıda keçiriləcək seçkilərin nəticələrindən məhkəmələrə şikayət prosedurlarına həsr olunan işçi seminarda iştirak edəcəkdir. Seminar Venesiya Komissiyasının Azərbaycanda parlament seçkiləri ərəfəsində keçirmək niyyətində olduğu tədbirlər siyahısına daxildir.
Gələn ay isə Avropa Şurası Parlament Assambleyasının seçkiləri izləyəcək uzunmüddətli müşahidə missiyası ölkəmizə gələcəkdir. Qurumun büro iclasında seçkini müşahidə etmək üçün 30 nəfərlik müşahidə missiyasının Azərbaycana göndərilməsi qərara alınıb.
Qurumun seçkiləri müşahidə edəcək qısamüddətli müşahidə missiyası isə noyabrın 4-də gələcək və səsvermənin gedişini izləyəcəkdir. Seçki prosesini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Fon de Mora də noyabrda Azərbaycana gələcəkdir. Səfər çərçivəsində həmməruzəçilərin bir sıra görüşləri də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB