Düşmən bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri sentyabrın 10-da saat 07.50-dən 08.15-dək, 18.40-dan 18.50-dək və 00.00-dan 00.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.30-dan 18.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 11-də saat 03.30-dan 03.45-dək isə Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB