Daxili işlər naziri Ramil Usubov Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetovu qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir rəhbərlik etdiyi qurumun cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində nailiyyətləri barədə məlumat verib. R. Usubov bildirib ki, hazırda Azərbaycanda hər yüz min nəfərə düşən cinayətlərin sayı 200 təşkil edir ki, bu da digər ölkələrlə müqayisədə yaxşı göstəricidir.
Bununla yanaşı nazir Azərbaycanda olan problemlərdən, o cümlədən narkomaniya və onunla bağlı cinayətlərin artması barədə də məlumat verib. Səfir Primbetov ölkəsində olan iqtisadi vəziyyət, iki ölkə arasında ticarət-iqtisadi münasibətlər, neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə məlumat verib.
Diplomat Qazaxıstanda hüquq mühafizə və məhkəmə sistemlərinin fəaliyyətinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə da danışıb. O, həmçinin Qazaxıstanda keçiriləcək mühüm beynəlxalq tədbirlər – ATƏT-in sammiti və 7-ci Asiya Qış Oyunları zamanı təhlükəsizliyin təminatı ilə bağlı görülən tədbirlərdən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB