Baş nazirin mətbuat xidməti məlumat yayıb

Baş nazirin mətbuat xidməti məlumat yayıb

Türkiyənin baş naziri Binali Yıldırım ölkəsində səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabrieli qəbul etməkdən imtina edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl B.Yıldırımın yerli vaxtla saat 12:30-da Z.Qabriellə görüşü planlaşdırılıb, lakin həmin gün üçün proqramın dolu olması səbəbilə bu görüş ləğv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə