Astara-Bala Şahağacı avtomobil yolunda son tamamlama işləri gedir

Astara-Bala Şahağacı avtomobil yolunda son tamamlama işləri gedir

Prezident İlham Əliyevin "Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 21 aprel 2010-cu il tarixli sərəncamına müvafiq olaraq yenidən qurulan Astara-Bala Şahağac yolunda işlər sona çatmaq üzrədir. Bu barədə Astara rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumatda deyilib.

50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin daimi istifadə etdiyi Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Astara RİH 3,5 milyon manat məbləğində vəsait ayrılıb. Uzunluğu 18,6 kilometrlik olan yolun asfalt artıq otruyu tam yenilənib. Hazırda səkilərdə yol nişanları quraşdırılır.

Qeyd edək ki, Astara dəmiryol stansiyası, tikilməkdə olan Astara Olimpiya İdman Kompleksi, neft və yük terminalları və digər dövlət əhəmiyyətli obyektlər də bu yolun ətrafında yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə