Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və Şirkət rəhbərliyinin digər nümayəndələri ilə Niderland Krallığı Senatının sədri Rene Van der Linden arasında görüş olub. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan akademik Xoşbəxt Yusifzadə ölkələrimiz arasında münasibətlərin möhkəm dostluq prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edərək əmin olduğunu bildirib ki, Niderland Senatı sədrinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcək. Daha sonra ARDNŞ-nin I vitse-prezidenti Azərbaycan neft sənayesinin tarixi haqqında qonağa ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Niderlandın neft hasilatı sahəsində məşhur "Shell" şirkəti də ölkəmizə maraq göstərən şirkətlərdən olub. Niderland Krallığı Senatının sədri Rene Van der Linden isə Azərbaycana növbəti dəfə səfərindən şərəf duyduğunu bildirib və qeyd edib ki, AŞ PA-ya sədrliyi dövründə olduğu kimi yenə də Azərbaycanın dostu olaraq qalır. Niderland Senatının sədri ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr olub, ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov neft-kimya kompleksinin inkişafı istiqamətində görülən işlər barədə ətraflı danışıb. Görüş üçün təşəkkürünü bildirən Rene van der Linden qeyd edib ki, Niderland bundan sonra da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Görüşdə ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanov və "Azərikimya" İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB