Deputatımız bu gün Parisə səfər edib

Deputatımız bu gün Parisə səfər edib
Bu gün Milli Məclisin deputatı Aydın Abbasov AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün Parisdə səfərdədir. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Ukraynada demokratik təsisatların fəaliyyəti, Serbiya tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Moldovada son vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə deputat Aydın Abbasov çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə