Vladiqafqazın mərkəzi bazarında partlayış baş verib

Vladiqafqazın mərkəzi bazarında partlayış baş verib

Rusiyada, Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb. SİA-nın xəbərinə görə, ölkənin Daxili İşlər Nazirliynin verdiyi məlumatda bildirilir ki, hadisədə 80-dən çox insan da yaralanıb. Terror aktından bir qədər sonra hüquq-mühafizə orqanları partlayış baş verən ərazidə ikinci prtlayıcı qurğu aşkarlayıb və onu zərərsizləşdiriblər. Rəsmilərin sözlərinə görə, hadisəni terrorçu-kamikadze törədib.

Mərkəzi bazarın yaxınlığındakı yaşayış evlərindən biri qarşısında saxlanmış avtomobildəki partlayıcı maddənin işə düşməsi nəticəsində ətrafdakı binaların şüşələri sınıb. Milis və xüsusi xidmət əməkdaşları ərazini ciddi nəzarət altına alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə