Niderland Krallığı Senatının sədri ADA-da olub

Niderland Krallığı Senatının sədri ADA-da olub

Sentyabrın 9-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali təhsil ocağının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevin ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden ilə görüşü olub.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Niderland arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi və eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə