Prezident İlham Əliyev Emoməli Rəhmonu tərbik edib

Prezident İlham Əliyev Emoməli Rəhmonu tərbik edib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu ölkəsinin milli bayramı münasibətilə tərbik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daim geniş imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması məqsədilə bundan sonra da birgə səylər göstərəcəyik".

Azərbaycan Prezidenti Emoməli Şərifoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə