“Demokratiya” seçki bloku qeydiyyat üçün MSK-ya müraciət edib

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) və Demokratik İslahatlar Partiyalasını (DİP) birləşdirən "Demokratiya" blokunun seçkilərlə bağlı işçi qrupu yaradılıb.

SİA-nın məlumatına görə, eyni zamanda hər iki partiya Siyasi Şurasının qərarı ilə blokun səlahiyyətli nümayəndələri də müəyyənləşdirilib. Blokun səlahiyyətli nümayəndələrin sentyabrın 8-də keçirilən iclasında blokun bütün sənədləri təsdiq edilərək, qeydiyyat üçün Mərkəzi Seçki Komissiyasına təqdim edib. Qeyd edək ki, səlahiyyətli nümayəndələrin birgə içlasında "Demokratiya" Blokunun emblemi də təsis edilib.

Məlumat üçün bildirək ki, "Demokratiya" bloku sentyabrın 6-da partiyalararası sazişlə yaradılıb və ictimaiyyətə təqdim olunub. Hazırda 07 noyabr 2010-cu il tarixinə təyin edilmiş Dördünçü çağrış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak edəcək blokun vahid namizədlərinin müəyyənləşdirilməsi prosesi gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...