Dəyişən Qarabağ ssenarisi və yeni müharibə qorxusu

Dəyişən Qarabağ ssenarisi və yeni müharibə qorxusu

Bir müddətdir ki, Ermənistan mətbuatında Dağlıq Qarabağda yeni genişmiqayslı müharibə ilə bağlı anonslar yer alır. Daha doğrusu düşmən ökənin KİV-də son günlər cəhbədə baş verən gərginliyə diqqət yetirilir və Ermənistan ordusunun durmadan artan itkiləri bağlı geniş xəbərlər yazılır. Düşmənin silahlı qüvvələrinin hər gün itki verdiyi, hakimiyyətdə olan mövcud rejimin yaranan vəziyyətə təsir edə bilmədiyi açıq şəkildə etiraf olunur.

Beynalxalq Böhran Qrupunun Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqladığı son hesabatı isə bu ökədə əməllicə caşqınlıq yaradıb. Erməni mətbuatı ən təhlükəli faktor olaraq Dağlıq Qarabağın beynalxalq qurumlar tərəfindən Azərbaycan ərazliəri kimi tanınmasını göstərir. Məhz bu amilin Bakının münaqişədəki mövqeyini daha da gücləndirdiyini bildirilir. Digər maraqlı məqam isə Türkiyə, Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığıdır. Müdafiyə nazirlərinin keçirilən son üçtərəfli görüşü Ermənistanın siyasi analitikləri tərəfindən İrəvanın növbəti diplomatik məğlubiyyəti və getdikcə təklənməsi kimi xarakterizə edilməkdədir.

Müstəqil erməni analitikləri Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) istədiyi zəmanəti ala bilməməsindən sonra, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı İrəvanın bölgədə daha çətin siyasi mənzərə ilə üz-üzə qaldığını dilə gətirirlər. Bu məsələ də Rusiya faktoru da yetərli nəticə verməməkdədir. Əksinə Rusiyanın Azərbaycan və Gürcüstanı itirməməsi üçün bu ölkələrə loyal siyasət yürütməkdən başqa çıxış yolu qalmır. Yəni, indiki vəziyyətdə Ermənistanın regiondakı siyasi tutumu Ruisyanın da maraqlarına cavab verməməkdədir.

Getdikcə dərinləşən Ukrayna konfliktini yada salan erməni eskpertləri etiraf edirlər ki, Moskvanın mövqeyinin yetərincə zəiflədiyi bir vaxtda Dağlıq Qarabağda aktiv hərbi əməlliyyatların başlaması Kremli daha çıxılmaz vəziyyətlə üz-üzə qoyacaq. Bu baxımdan bölgəyə təsir rıçaqlarını əldən vermək istəməyən Moskvanın İrəvana təzyiq edəcəyi proqnozlaşdırılır. Rusiyanın cəhbədə baş verənləri görməzdən gəlməsi də birmənalı şəkildə Ermənistanın işğal etdiyi bəzi əraziləri qaytarmağa hesablandığı deyilir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə