Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erling Skjonsbergi qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, etimadnamənin surətini təqdim edən E. Skjonsberg ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Norveç-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

 

Öz növbəsində nazir E. Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə norveçli diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə