Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan respublikası Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, MSK katibi Natiq Məmmədov səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası barədə danışıb. N. Məmmədov seçicilər üçün 5 milyon ədəd bildirişin lazım olduğunu və bildirişlərin Milli Məclisin mətbəəsində hazırlanmasını təklif edib. N. Məmmədov tərəfindən irəli sürülən təklif səsvermə nəticəsində yekdilliklə qəbul olunub.

 

İclasın gedişində bəzi Dairə Seçki Komissiyalarının (DSK) tərkibində dəyişiklik edilməsi barədə MSK-ya daxil olan müraciətlər iclas iştirakçılarının nəzərinə çatdırılıb. Belə ki, 17 saylı Yasamal, 41 saylı Sumqayıt, 59 saylı Salyan, 113 saylı Şəki şəhəri, 155 saylı Şəki şəhəri, 75 saylı Lənkaran-Masal2lı, 99 saylı Dairə Seçki Komissiyalarının tərkibində dəyişikliklər edilib.

 

Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov isə bildirib ki, "Qarabağ", "İnsan naminə" və "Demokratiya" seçki blokları sənədlərini artıq MSK-ya təqdim edib. O, həmçinin sabahdan isə ilk reklam çarxları, çağırış xarakterli elanlar yayımlanacağını qeyd edib. M.Pənahov bu işdə televiziya kanallarının imkanlarından daha çox istifadə ediləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...