Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden bu gün Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb. Parlamentinmətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı komitənin sədri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Azərbaycan və Niderland parlamentlərinin deputatları beynəlxalq təşkilatlarda çox yaxşı əməkdaşlıq edirlər. Bu yaxınlarda Niderland parlamentinin bir qrup deputatı Azərbaycanda səfərdə olub. Onlar olduqca səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıb. Onun sözlərinə görə, bu cür səfərlər bizi daha da yaxınlaşdırır, əməkdaşlığımızı genişləndirir.
Rene Van der Linden yenidən Bakıda olmasından məmnunluğunu ifadə edib. O deyib ki, hər gəlişində Bakıda güclü inkişaf getdiyini müşahidə edir. qonaq bildirib ki, Azərbaycana səfərinin məqsədi siyasi, iqtisadi sahələrdə əlaqələrin daha da inkişafına dair fikir mübadiləsi aparmaqdır. Görüşün davamında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlarda ümumi maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmək, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB