Musa Qasımlı: “Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəyə çıxarılması yüksək qiymətləndirməlidir” - MÜNASİBƏT
"Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəyə çıxarılması səsvermənin nəticələrindən asılı olmayaraq yüksək qiymətləndirməlidir". Bu sözləri tarix elmləri doktoru, professor Musa Qasımlı SİA-ya açıqlamasında deyib. O bildirib ki, "Azərbaycanın təklif etdiyi Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair"qətnamə onu göstərir ki, Azərbaycan diplomatiyası daim bu məsələni gündəmində saxlayır və dünya ictimaiyyətinin diqqətinə çatdırır.
"Mən hesab edirəm ki, bu məsələnin gündəlikdə saxlanmasıına müsbət baxılmalıdır. Hazırda biz Azərbaycanın təklif etdiyi bu qətnaməyə veriləcək səslərin nəticələrini gözləməliyik. Mən düşünürəm ki, əgər qəbul olunarsa, bu, ölkəmiz və onun mövqeləri üçün müsbət hadisə olacaq. Çünki beynəlxalq tələblər nə qədər Azərbaycanın ədalətli mövqeyini müdafiə edirsə, o vaxta qədər bizim mövqelərimiz güclənəcək. Ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqaşəsinin həllinə dair qəbul edilən sənədlər Azərbaycanın mövqelərinə çox böyük təsir edir və onun güclənməsinə geniş şərait yaradır. Azərbaycan diplomatiyasının bu addımı müsbət haldır",- deyə M. Qasımlı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB