Niderland Parlamentinin spikeri: “Dağlıq Qarabağ münaqişəsi regionda bir sıra məsələlərin həllini çətinləşdirir” - MÖVQE
Dağlıq Qarabağ münaqişəsi regionda bir sıra məsələlərin həllini çətinləşdirir. SİA-nın verdiyi xəbərə görə, bu sözləri ötən gün ölkəmizə səfər edən Niderland Parlamentinin spikeri Rene Van der Linden jurnalistlərə verdiyi açıqlamasında deyib. Niderlandın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu dilə gətirən spiker bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələnin həllində konstruktiv mövqe nümayiş etdirir.
Azərbaycanla Niderland arasında olan dostluq münasibətindən danışan Rene Van der Linden Azərbaycana üçüncü səfəri olduğunu söyləyib. O vurğulayıb ki, səfər müddətində siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB