Həmsədrlər bu dəqiqələrdə Dağlıq Qarabağdakı erməni separatçılarının rəhbəri ilə görüş keçirirlər

Həmsədrlər bu dəqiqələrdə Dağlıq Qarabağdakı erməni separatçılarının rəhbəri ilə görüş keçirirlər
Bir neçə saat bundan qabaq təmas xəttinə keçən ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) bu dəqiqələrdə Dağlıq Qarabağdakı erməni separatçılarının rəhbəri Bako Saakyanla görüş keçirirlər. SİA-nın məlumatına görə, bu barədə Dağlıq Qarabağdakı qondarma qurumun rəhbərinin sözçüsü Marsel Petrosyan erməni mətbuatına bildirib.

Görüş zamanı hansı məsələlərin müzakirə olunacağını deməkdə çətinlik çəkən Petrosyan görüşdən sonra mətbuat konfransının keçiriləcəyini bildirib. Onun sözlərinə görə, ola bilsin ki, mətbuat konfransı zamanı bəzi təfərrüatlar açıqlanacaq.

Fransalı həmsədr Bernar Fasye isə ATƏT-in Minsk qrupunun regional görüşünün nəticələri ilə bağlı bəyanatla çıxış edəcəyinə söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə