Şəmsəddin Hacıyev: “Dövlət sifarişli ixtisaslarda təhsil haqqı artırılmalıdır” - Açıqlama

Bu ildən ali məktəblərdə tətbiq edilən adambaşına maliyyə mexanizmi ali təhsilin səviyyəsinə çox ciddi təsir göstərəcək. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev söyləyib. O bildirib ki, "Ali təhsil haqqında qanun"da bu mexanizm bir daha xırdalanacaq. Təhsil Haqqında Qanunun qəbul edilməsi, müvafiq maddələrin reallaşması ilə bağlı bu sistemə keçildiyini deyən komitə sədri vurğulayıb ki, hazırda ali təhsil sistemində maliyyələşmə mexanizmi təkmilləşir.
"Bunun çox müsbət nəticələri ilə yanaşı, bəzi problemləri də var. Belə ki, dövlət sifarişli ixtisaslarda təhsil haqqının artırılmasına çox böyük ehtiyac var. Bu məsələ geniş müzakirə olunub və qəbul olunub ki, təhsil haqların artırılmasına yenidən baxılsın. Bu ixtisasların təhsil haqqı artırılmalıdır. Bu il artıq keçdi. Ola bilsin ki, növbəti dərs ilində dövlət sifarişli ixtisaslarda təhsil haqqının artırılması məsələ həll olunsun. Məsələn, iqtisadiyyat fakultəsində təhsil haqqının artırılmasına ehtiyac var. Bu ixtisasın təhsil haqqı 1500 manat müəyyənləşdirilib. Amma ötən dərs ilində dövlət büdcəsindən 1 tələbənin təhsil alması üçün 3700 manata qədər vəsait ayrılıb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...