Ermənistanın XİN: “Qriqori Vaşadzenin Ermənistanın daxili işinə qarışmağına haqqı yoxdur"
Ermənistanın Xarici İşlər Nazirliyi Gürcüstanın xarici işlər naziri Qriqori Vaşadzenin "Rusiya ordusunun Ermənistanda yerləşdirilməsi rəsmi İrəvanın müstəqilliyinə təhlükə törədə bilər" bəyanatına münasibət bildirib. SİA-nın erməni mətbuatına istinadən veridyi xəbərə görə, Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, Rusiya ordusunun Ermənistanda yerləşdirilməsinə rəsmi İrəvan artıq münasibət bildirib: "Biz hesab edirik ki, Azərbaycan mətbuatı ənənəyə uyğun olaraq təhrifə yol verib. Bütün hallarda başqa dövlətin heç bir rəsmi nümayəndəsi Ermənistanın daxili işinə müdaxilə etməyə hüququ yoxdur. Bu gün Gürcüstanla Ermənistan XİN-ləri arasında telefon danışığı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB