DRİ-nin baş mühəndisi: “Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin yaradılması sual altındadır” - Açıqlama
"Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi"nin tərkib hissələri olan radiomonitorinq məntəqələrinin yerinin seçilməsi və tikinti işləri davam edir. Bu barədə SİA-ya Dövlət Radiotezliklər İdarəsinin (DRİ) baş mühəndisi İlham Əfəndiyev açıqlamasında deyib. O bildirib ki, layihənin texniki tərəfləri ilə bağlı şirkətlərlə müzakirələr aparılsa da onun həyata keçirilməsi üçün maliyyə vəsaitinə ehtiyac var. Onun sözlərinə görə, layihə ilkin olaraq Bakı, Abşeron və Gəncə üçün nəzərdə tutulub. Şəbəkənin təkcə Bakı-Abşeron seqmentinin yaradılmasına 12-14 mln. manat vəsait tələb olunduğunu dilə gətirən İ.Əfəndiyev söyləyib ki, ümumilikdə layihənin qiymətiməntəqələrin sayından asılı olduğuna görə hələ hesablanmayıb.
DRİ baş mühəndisi vurğulayıb ki, layihə çərçivəsində Bakıda 3, Gəncə də isə 1 radiomanitorinq məntəqəsinin tikilməsi nəzərdə tutulub: "Hazırda həmin məntəqələrin funksiyasını Dövlət Radiotezliklər İdarəsinin Azərbaycanda fəaliyyət göstərən 12 dənə efirə radionəzarət məntəqəsi yerinə yetirir. Sadəcə bir var ki radiotezliklər avtomatik olaraq Bakıdan yəni Mərkəzdən idarə olunsun, birdə var ki,hərəsi ayrı-ayrılıqda fəaliyyət göstərir məlumatlar isə internet vasitəsilə ötürülür. Hazırda Bakıdan regionları idarə etmək mümkün deyil. Bizim məntəqələr 2000-ci ildə yaradıldığına görə həmin texniki imkanlar burada yoxdu. Düzdü tezliklərə ümumi nəzarət olunur, qeyri -qanuni fəaliyyət göstərən radiotezliklər axtarılır tapılır. Amma buna baxmayaraq daha muasir, avtomatik, çevik işləyən bir sistem qurmaq lazımdı. Sistemin qurulması layihəçidən asılı olacaq. Lakin hazırda tələb olunan vəsait olmadığından, layihənin nə vaxt həyata keçiriləcəyi sual altındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB