Niderland Krallığı Senatının sədri ümummilli liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
SİA-nın məlumatına görə, daha sonra Şəhidlər xiyabanını ziyarət edən qonaq Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Niderland Krallığı Senatının sədrinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Rene Van der Linden Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB