Fransanın ARTE kanalına Azərbaycanın Fransadakı səfirliyindən sərt reaksiya

Azərbaycan Respublikasının Fransadakı Səfirliyindən daxil olmuş məlumata əsasən Fransanın ARTE kanalında "Dünyanın bütün dağları" silsilə verlişləri çərçivəsində "Dağlıq Qarabağ: Gomehassar" adlı sənədli film nümayiş etdirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sənədli filmdə kanalın müxbirləri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna qanunsuz səfər edərək yerli əhalidən müsahibə götürüb, əhalinin pis vəziyyətdə yaşamasını, lakin tezliklə bu regiona sülhün gəlməsini arzu etdiyini göstərib.

 

Sənədli filmin Kütləvi İnformasiya vasitələrində işıqlandırılmasına qarşı Səfirliyimiz dərhal ARTE televiziya kanalının rəhbərliyinə etiraz məktubu ünvanlayıb. ARTE kanalının prezidenti Jerom Kleman Səfirliyimizə göndərdiyi cavab məktubunda "Dünyanın bütün dağları" silsilə verilişlərinin məqsədinin heç də dağlıq regionların geosiyasəti ilə məşğul olmaq olmadığı, sadəcə mənzərənin, ənənələrin, mifologiyanın və ya yerli inkişafın əsas meyarlarının işıqlandırılması olduğunu qeyd edilib, Dağlıq Qarabağla bağlı verilişdə məsələnin bütün aspektlərini qısa vaxt ərzində verilməsinin qeyri mümkün olduğu vurğulanıb. Məktubda bu qondarma qurumun beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığının və müvəqqəti atəşkəs rejiminin hökm sürdüyünün filmin şərhində xüsusi vurğulandığı qeyd edilib, bunun təbliğat filmi olmadığı, Fransız hökumətinin bu məsələyə dair rəsmi mövqeyindən xəbərdar olduqları və heç bir tərəfin mövqeyindən çıxış etmədikləri bildirilib. Səfirliyin operativ reaksiyasından sonra kanal rəhbərliyi filmin yenidən nümayişini dayandırıb, daha sonra isə filmin internetdə baxılması imkanları məhdudlaşdırlıb.

Bütün xəbərlər Facebook səhifəmizdə