“Qarabağ” Seçki Bloku 96 seçki dairəsində namizədlərini müəyyənləşdirib
"Qarabağ" Seçki Blokunda 96 seçki dairəsi üzrə namizədlərin kimliyinə aydınlıq gətirilib. SİA-ya açıqlamasında bu məlumatı blokun təmsilçilərindən biri Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov verib. O, daha 5-6 seçki dairəsi üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu bildirib.
Müəyyənləşdirilən namizədlərin 50-60 faizinin sənədlərinin hazırlandığını deyən H.Rüstəmov blokun qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edildiyini söyləyib. ADP sədrinin müavini blokun MSK-da qeydə alınmasından sonra namizədlərin sənədlərinin dairə seçki komissiyalarına veriləcəyini vurğulayıb. H.Rüstəmov namizədlər arasında bitərəflərin olduğunu desə də qeyd edib ki, onların sayı azdır.
ADP funksioneri digər müxalifət partiyalarından bloka qoşulmaqla bağlı müraciətin olmadığını da diqqətə çatdırıb.
Qeyd edək ki, "Qarabağ" Seçki Bloku ADP və Ümid partiyaları tərəfindən yaradılıb. Sonradan Təkamül Partiyasının bloka qoşulması ilə bağlı müraciəti müsbət cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB