Regional Rabitə Birliyinin komissiyalarının birgə 29/35-ci iclasına start verilib
Bu gün Radiotezliklərin istifadəsinin tənzimlənməsi, radioelektron vasitələrinin elektromaqnit uzlaşması və TV-səs yayımı, peyk rabitəsi üzrə Regional Rabitə Birliyinin (RRB) komissiyalarının birgə 29/35-ci iclasına start verilib. SİA-nın məlumatına görə, işlərin gündəliyinə zəmanət sənədlərinin hazırlanması barədə komissiyanın fəaliyyəti, MDB ölkələri üzrə tezlik bölünməsinin "Ümumi Cədvəli"nin hazırlanması barədə ekspert qrupunun işinin nəticələrinə baxılması, 29 MHs-dən yuxarı tezlik zolağında tezlik mənimsənilməsinin koordinasiyası üzrə zəmanətlər RRB ölkələrində rəqəmsal yayımın tətbiqinin gedişinin müzakirəsi, 2012-ci ildə Radiorabitənin Ümumdünya Konfransına RRB-nin hazırlığı barədə suallar daxil olub.
Bundan əlavə, iclasın iştirakçıları RRB ölkələrində peyk rabitəsinin inkişafının aktual istiqamətlərinin öyrənilməsi ilə bağlı və keçmiş SSRİ ərazisində uzun və orta dalğa diapazonunda sinxron səs yayımı şəbəkəsinin radiotezlik ehtiyatlarının bölünməsi məsələlərini müzakirə ediblər. Tədbir qabağı jurnalistlərə açıqlama verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, komissiyaların iclasında adətən beynəlxalq səviyyədə keçirilən toplantılara ümumi region üzrə təkliflər hazırlanır. Onun sözlərinə görə, radiotezliklərdə televiziyaların yayımında ölkələrdə mövcud olan problemlər müzakirə olunur.
"Qonşu ölkələrin radioteleviziya sahəsi istərsə də mobiltelefoniya yeni radiotezlik resurslarının bir-birinə mane olması halları müzakirə olunur və bu sahədə olan problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Toplantı əlamətdar bir hadisədir. Qarşıda radiotezliklərə həsr olunan böyük toplantı olacaq. Bu toplantı dünya səviyyəsində olan bir toplantıdır. Bugunki toplantıda həmin toplantı ilə bağlı hazırıiq məsələsi də müzakirə olunacaq. Ölkələrdə keçirilən bu toplantıda MDB-nin müxtəlif ölkələrindən əməkdaşların bir sıra beynəlxalq mütəxəssislər iştirak edəcəklər. Bu gün və bu yaxınlarda ölkəmiz keçiriləcək toplantılar Azərbaycan üçün yüksək səviyyədə səmərə verəcək.
Qeyd edək ki, toplanti sentyabrın 9-na kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB