Vüqar Səfərli: “Televiziya jurnalistləri üçün başqa ev tikilə bilər” - MÜNASİBƏT
"Jurnalistlər üçün tikiləcək evlər üçün 50 sot yer ayrılıb". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, evlər üçün ərazidə 3 çoxmərtəbəli və ya 16 mərtbəli evlərin tikilməsi mümkündür.
Hazırda yerlə əlaqədar sənədləşdirmə işinin getdiyini söyləyən KİVDF-nin icraçı direktoru bildirib ki, sənədləşdirmə işi başa çatdıqdan sonra evin layihələşməsi barədə elan veriləcək: "Layihələşmə işi bitdikdən sonra tikinti üzrə tender elan olunacaq. Tenderin qalibi müəyyən olunandan sonra evin tikintisi ilə məşğul olacaq şirkətin adı da müəyyənləşəcək. İlk evin tikintisinə tenderin qalibi müəyyən olunandan sonra başlanılacaq".
Evlərin hansı kriteriyalar əsasında jurnalistlərə paylanacağına gəlincə, V.Səfərli bununla bağlı müzakirələr aparılacağını qeyd edib. O söyləyib ki, evlərin verilməsi ilə bağlı elan evlər tikildikdən sonra verilə bilər: "Jurnalistlərə veriləcək evlərlə əlaqədar sənədlər KİVDF də qəbul olunacaq. Yalnız o zaman evlərin hansı kriteriyalar əsasında veriləcəyi ilə bağlı açıqlama veriləcək. Evlərin verilməsi hər kəsin gözü qarşısında şəffaf şəkildə həyata keçiriləcək. Jurnalistlərə təmirli evlər təqdim olunacaq.
Ümumilikdə evlər jurnalistlər üçün nəzərdə tutulub. Amma onlar arasında televiziya jurnalistlərin olub olmaması ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. Ola bilsin ki, onlar üçün başqa bina da tikilsin".
Qeyd edək ki, jurnalistlər üçün evlər Bayıl qəsəbəsində dəniz kənarında tikiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB