KİVDF keçirdiyi müsabiqənin yekunları və gələcək planlarla bağlı mətbuat konfransı keçirib - TƏDBİR

KİVDF keçirdiyi müsabiqənin yekunları və gələcək planlarla bağlı mətbuat konfransı keçirib - TƏDBİR
Bu gün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) "KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı" müsabiqəsinin yekunları və gələcək planlar haqqında mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, KİVDF-nin Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, Müşahidə Şurasının sədr müavini, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının üzvü Rəşad Məcid, Jurrnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz və digər qəzet rəhbərləri və jurnalist təşkilatlarının rəhbərləri iştirak ediblər.

Mətbuat konfranısında ilk çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, tədbiri keçirməkdə məqsəd "KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı" müsabiqəsinin yekunlarını və gələcək planlar haqqında müzakirə aparmaqdır. İlk növbədə layihənin yekunları ilə bağlı məlumat verən V.Səfərli söyləyib ki, müsabiqəyə 41 layihə daxil olub ki, onlardan 30 qalib olub. Onun sözlərinə görə, qaliblərin 19-u qəzet, 6-sı informasiya agentliyi, 5-i isə jurnalit təşkilatlarıdır.

Daha sonr müsabiqənin şərtləri haqqında məlumat verən KİVDF-nin icraçı direktoru bildirib ki, əvəllər müsabiqə qalibləri mövzular üzrə tədbirlər keçirirdilərsə indi bu tədbirlər yazılarla əvəz olunacaq. O vurğulayıb ki, qalib olan agentlik və ya qəzetlər layihələrini yazıları ilə göstərəcəklər. V.Səfərli vurğulayıb ki, qrant layihəsi udanlar hər ay KİVDF-yə yayım arayışlarını təqdim edəcəklər. Onun sözlərinə görə, qalib olmayanlar isə həmin arayışları layihə verərkən təqdim edəcəklər. Bununla bağlı müqavilənin də bağlandığını dilə gətirən V.Səfərli gələn il keçiriləcək layihlərdən də danışıb.
O bildirib ki, gələn ilin layihələri bu ilin noyabrın sonu dekabrın əvvəllərində elan olunacaq: "Layihələrin yanvar ayından fəaliyyətə başlaması üçün Muşahidə Şurası ilə birgə qərara gəldik ki, onlar haqqında elan bu ilin noyabr ayının sonu dekabrın əvvəllərində elan olunsun ki, qəzetləri ilin 12 ayında da maliyyələşdirə bilək. II layihəyə 2011-ci ilin iyun ayında start veriləcək. Qəzetlər seçdikləri mövzu üzrə ayda 20 səhifə yazı yazmalıdırlar. Müsabiqənin əsas şərtlərindən biri qəzetin 500-dən az olmayan yayımının olmasıdır ki, onunla bağlıq qəzetlər yayım arayışları təqdim edəcəklər. İlin sonunda qəzetlərin layihə müddətində yazdıqları yazıları ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmədən qeyri məqbul keçən qəzetlər o biri müsabiqəyə buraxılmayacaq "

Bundan əlavə əl yayımları ilə satılan qəzetlərə gəlincə KİVDF-nin icraçı direktoru qəzet redaktorlarına bununla bağlı təklif irəli sürüb, istənilən vaxt bu mövzü ilə bağlı müzakirələrin aparmağa hazır olduğunu dilə gətirib.

Tədbir zamanı çıxış edən KİVDF-nin Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə KİVDF-nin qısa bir müddətdə həyata keçirdiyi işlərdən danışıb. O bildirib ki, KİVDF bir il müddətində gördüyü işlərlə özünü təsdiq edib. KİV-lərə ayrılan vəsaitin obyektiv bölündüyünü dilə gətirən V.Rəhimzadə deyib ki, bu vəsaitlər həm redaksiyaların maddi- texniki bazalarına, həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük təsir göstərir. Redaktorlara bundan faydalanmağı tövsiyyə edən Müşahidə Şurasının sədr müavini onlara əl yayımları ilə bağlı təkliflər irəli sürməyə çağırıb. O qeyd edib ki, bununla bağlı yekun nəticə təkliflərdən sonra çıxarılacaq.

Tədbir zamanı qəzet redaktorları müsabiqə ilə bağlı təklif və fikirilərini söyləyiblər. Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə