Dövlət başçısı İlham Əliyev Niderland Krallığının Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev sentyabrın 6-da Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul edib.
SİA-nın məlumatına görə, dövlət başçısı səfir Arjen Peter Uijterlindenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla Niderland Krallığı arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Niderland Krallığı ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən prezident İ. Əliyev bunun üçün yaxşı potensialın olduğunu qeyd edib. Hər iki ölkədə tam həcmdə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsinin önəmini vurğulayan dövlət başçısı ikitərəfli layihələrə biznes ictimaiyyətinin də böyük maraq göstərdiyini deyib.
Avropa İttifaqı-Azərbaycan münasibətlərinin ikitərəfli əlaqələrin tərkib hissələrindən biri olduğunu vurğulayan prezident İ. Əliyev münasibətlərin bir çox sahəni əhatə edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, səfir Arjen Peter Uijterlinde son illər ikitərəfli münasibətlərin inkişafında böyük tərəqqinin müşahidə olunduğunu, qarşılıqlı səfərlərin artdığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB