Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Aİ arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə