Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri birgə Avropaya qaz nəqlini müzakirə edəcəklər

Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri birgə Avropaya qaz nəqlini müzakirə edəcəklər

Sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Rumıniya prezidentı Trayan Basesku arasında Bakıda üçtərəfli görüş keçiriləcək. SİA-nın "Qruziya onlayn" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, üçtərəfli görüşdə Avropaya qaz nəqli barəsində müzakirələr aparılacaq.

 

Razılşmanın əldə edilməsi üçün artıq Azərbaycanda işçi qrupunun ilk iclası keçirilib və lazım olan bütün sənədlər toplanıb. Artıq sentyabrın 13-də isə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə