Astara və Lerik məktəblərində müəllimə ehtiyac var

Astara və Lerik məktəblərində müəllimə ehtiyac var

Astara rayonunda 24 ixtisaslı müəllimə ehtiyac var. Bu barədə SİA-nın cənub bürosuna Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova məlumat verib. Onun sözlərinə görə, ən çox kimya, biologiya, informatika və riyaziyyat fənləri üzrə pedaqoqlara ehtiyac var. Yeni tədris ili üçün rayona 12 təyinat gəlib.

"Ümid edirm ki, qalan yerlərə də tezliklə təyinatla gələnlər olacaq", Q,Məmmədova əlavə edib.

Lerik rayonunda isə bu problem daha ciddidir. Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun bildirdiyinə görə, rayonda daha çox kimya, coğrafiya, ana dili və ədəbiyyat, riyaziyyat fənləri üzrə kadrlar çatışmır. O, 56 vakansiya üzrə rayona hələlik 12 nəfərin təyinatla gəldiyini bildirb. Yeni tədris ilinin başlanmasına isə sayılı günlər qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə