Piter Semnebi: “Avropa İttifaqı son zamanlar təmas xəttində baş verən insidentlərdən çox narahatdır”
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gəlib. SİA-nın məlumatına görə, P. Semnebi Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında səfər zamanı ölkə rəhbərliyi, siyasi partiyalar, QHT nümayəndələri və beynəlxalq təmsilçilərlə görüşlər keçirəcəyini deyib. Görüşlərdə Aİ-Azərbaycan münasibətləri, ölkədaxili vəziyyət, qarşıdan gələn parlament seçkiləri, Azərbaycanla Aİ-ni yaxınlaşdırmaq məqsədi güdən assosiativ saziş üzərində iş, regiondakı durum, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, enerji məsələləri müzakirə olunacaq.
"Azərbaycana səfərimin əsas məqsədlərindən biri parlament seçkiləri ərəfəsində vəziyyətin öyrənilməsi və seçkiqabağı vəziyyəti dəyərləndirməkdən ibarətdir. Seçkilərlə bağlı siyasi partiyalar və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcəyəm, Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparacağam. Bu bizim üçün çox vacidbdir. Bundan əlavə mən həmçinin Dağlıq Qarabağ münaqişəsi və son zamanlar təmas xəttində baş verən insidentlə bağlı müzakirələr aparacağam. Çünki Aİ son zamanlar təmas xəttində baş verən insidentlərdən çox narahtdır. Ümidvarıq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri insidentin başvermə səbəblərini araşdıracaq və sülh prossesində irəliləyiş əldə edilməsində aktiv iştirak edəcəklər", P. Semnebi deyib.
Mübariz İbrahimovun cəsədinin geri qaytarılmasına gəlincə, Piter Semnebi şərh verməkdən boyun qaçırıb: " Bununla bağlı aidiyyəti qurumlar məşğul olur. Bununla bağlı şərh verə bilmərəm".
"Rusiyanin ATƏT-in Minsk qrupunu həmsədr ölkəsi kimi Ermənistanda yerləşən Gümrü hərbi bazasında silah və əsgər ehtiyatının artırılması nə dərəcədə düzgündür?" sualına həmməruzəçi belə cavab verib: "Mən burada Rusiya ilə Ermənistan arasında olan münasibətlər barəsində danışmaq istəmirəm. Mən ancaq demək istəyirəm ki, Rusiya həm qonşu dövlət kimi, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Qafqazda baş verən münaqişələrin, xüsusilədə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak edir. Biz hesab edirik ki, bu belədə davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB