Sentyabrın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda seçki hərəkətlərinin təqvim planı təsdiqlənəcək.
MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə seçkilərin noyabrın 7-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sentyabrın 6-da keçiriləcək iclasda həmin sərəncamdan irəli gələn tələblərin doğru və düzgün yerinə yetirilməsi üçün seçki hərəkətlərinə dair təqvim planı təsdiq olunacaqdır. Bütün seçki komissiyalarının, seçki subyektlərinin işi təqvim planına uyğun olaraq qurulacaqdır.
MSK bu seçkilərdə də KİV-in imkanlarından istifadə edəcəkdir. Seçkilərin azad, ədalətli və demokratik keçirilməsi üçün kütləvi informasiya vasitələrinin nümayəndələrinə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün lazımi şərait yaradılacaq ki, onlar prosesi əvvəldən axıradək şəffaf işıqlandıra bilsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB