Gəncədə “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilib

Gəncədə “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilib

Gəncə Dövlət Yol Polisi əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində reyd keçirib. Reydlər zamanı havaya normadan artıq tüstü buraxan avtomobillər saxlanılıb, sürücülər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnib.

Gəncə Dövlət Yol Polisindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə "Təmiz hava" aylığında şəhərdə 85 avtomobilin sürücüsü cərimələnib. Yanvar ayından indiyə kimi isə 925 avtomobil sürücüsü cərimələnib.

Gəncə şəhərində bu ilin sonuna kimi reydlər davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə