Səyavuş Aslanov "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə Səyavuş Məmmədağa oğlu Aslanovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
SİA-nın məlumatına görə, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 15-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Teatrla yanaşı, televiziya tamaşalarında və bədii filmlərdə bir-birindən maraqlı, yadda qalan obrazlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB