Nar Mobile Azərbaycanın ən hündür zirvəsi Bazardüzünü fəth edib

Nar Mobile Azərbaycanın ən hündür zirvəsi Bazardüzünü fəth edib

Avqustun 24-28 tarixlərində Nar Mobile və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) təşkilatçılığı ilə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünə yürüş təşkil edilib.

SİA-nın məlumatlna görə, yürüşdə təcrübəli alpinist heyətilə yanaşı, ümumilikdə 8 nəfər olmaqla, Nar Mobile əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və jurnalistlər iştirak edib.

Yürüş zamanı iştirakçılar Azərbaycanın füsunkar təbiət ilə tanış olmaqla yanaşı ən yüksək zirvəsi Bazardüzündə olaraq, öz yaxınları ilə tez-tez telefonla ünsiyyətdə olaraq, sevinc hisslərini bölüşürdülər. Böyük məmnuniyyətlə qeyd etmək olar ki, Nar Mobile gündən-günə genişlənən şəbəkəsi ilə artıq bütün Azərbaycan ərazisini əhatə edir. Bununla da ölkəmizin hətta ən ucqar guşələrində belə Nar Mobile istifadəçiləri yüksək keyfiyyətli, müxtəlif rabitə xidmətlərilə təmin edilir.

Qeyd edək ki, Böyük Qafqazın ən yüksək dağ silsilələrindən olan Bazardüzünün hündürlüyü 4466 metrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə