Norveç şahzadəsi azərbaycanlıların tədbirinə qatılacaq

2011-cu ilin fevral ayında Norveçin payaxtı Oslo şəhəri Dünya Xizək yarışmasına ev sahibliyi edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu yarışmaya qatılacaq ölkələrin və iştirakçıların sayına görə Oslonun müasir tarixində ev sahibliyi etdiyi ən böyuk idman yarışması olacaq. Məhz bu səbəbdən təşkilat komitəsi Norveç şahzadəsi Prins Hakonu, Oslonun meri Fabian Stangı və Oslonun tanınmış şirkət və təşkilatlarının rəhbərlərini məsləhətləşmələr aparmaq və təkliflərini dinləmək üçün görüşə dəvət edib. Görüşdə Norveçdə yaşayan Azərbaycan icmasını Norveç Azərbaycan Gənclər Təşkilatının sədri Ramil Əliyev təmsil edib.

Tədbir çərçivəsində Norveç şahzadəsi Prins Hakonla söhbət edən R.Əliyev ona bu ölkədə yaşayan Azərbaycan icması və NAYO-nun gördüyü işlər haqqında məlumat verib.

Şahzadə Prins Hakon Norveçdə yaşayan soydaşlarımızın Norveçin ən fəal icmalarından biri olduğunu qeyd edərək bundan məmnunluğunu bildirib və gələcəkdə NAYO-nun tədbirlərinin birində iştirak edəcəyini deyib.

Oslonun meri Fabian Stang isə 28 May Respublika Günü münasibəti ilə NAYO-nun üzvləri ilə görüşünü xatırlayıb və bu rəsmi qəbuldan məmnun qaldığını deyib.

Fabian Stang gələcəkdə Oslo meriyası və NAYO arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...