İnquşetiyanın prezidenti: “Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır” - AÇIQLAMA

İnquşetiyanın prezidenti: “Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır” - AÇIQLAMA

"Cari ilin noyabr ayına qədər Azərbaycanla Rusiya Federasiyasının İnquşetiya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair saziş imzalanacaq". SİA-nın xəbərinə görə, bunu İnquşetiyanın Azərbaycanda səfərdə olan prezidenti Yunusbek Yevkurov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq aqrosənaye kompleksi, inşaat, mədəniyyət və idman sahələrini əhatə edir. Azərbaycana səfərini tanışlıq xarakter daşıdığını bildirən prezident qeyd edib ki, Rusiya ilə Azərbaycan dövlət başçıları arasında imzalanan sazışlər imkan verəcək ki, gələcəkdə münasibətlər daha da dərinləşsin: "Hazırda İnquşetiya ərazisidə sahibkarlar üçün münbit şərait yaradılıb. Bircə Azərbaycan sahibkarlarını bizim torpaqları ziyarət etməsi lazımdır".

 

Hazırda Qafqazda mövcud olan münaqişlərə toxunan Y.Yevkurov bütün münaqişələrin ədalətli və qardaşlıq şəklində öz həllini tapmasının tərəfdarı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə