DUİ-ya daxil olan partiyalar KXCP-nin namizədi kimi çıxış edəcəklər

Demokratiya Uğrunda İttifaq (DUİ) parlament seçkilərinə namizədlərini ittifaqa daxil Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sentyabr ayının 8-də keçiriləcək toplantısına kimi müəyyənləşdirəcək. SİA-ya bu haqda KXCP-nin sədr müavini Bəybala Əbil məlumat verib.

 

DUİ-nin ümumilikdə 100-ə qədər namizədinin olacağını deyən B.Əbil ittifaqa daxil olan partiyalar arasında namizədlərin sayı ilə bağlı konkret bölgünün aparılmadığını, daha şanslı, seçilməsi üçün daha yüksək imkanı olan şəxslərin seçilicəyini bildirib. Xeyli sayda seçki dairəsində toqquşmaların da olduğunu söyləyən sədr müavini onların dəqiq sayını deməyib. Müsavat Partiyası ilə 19 seçki dairəsində razılığa gəldiyini qeyd edən B.Əbil bu dairələrin çoxunda Müsavatın namizədlərinin olduğunu dilə gətirib.

 

KXCP funksioneri müəyyənləşdirilən namizədlər arasında bitərəf şəxslərin də olduğunu vurğulayıb. Sədr müavini bildirib ki, DUİ-ya daxil olan partiyalar parlament seçkilərində KXCP-nin namizədi kimi çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə