“Azərkimya”nın Etilen-polietilen zavodunda FHN ilə birgə təlimlər keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Fövqəladə Hallar Nazirliyi qüvvələri ilə birgə mülki müdafiə təlimləri keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimin əsas məqsədi fövqəladə hadisələr zamanı "Azərikimya" İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin qarşılıqlı və operativ fəaliyyətini təşkil etməkdir. Tədbir zamanı xüsusilə yanğın və digər fövqəladə hadisələrin baş vermə ehtimalı yüksək olan Etilen-polietilen zavodunda mülki müdafiəyə hazırlığın real vəziyyəti öyrənilib, mümkün ola biləcək hər hansı bir qəza zamanı işçilərin, ümumiyyətlə əhalinin mühafizə olunması səviyyəsi yoxlanılıb. Xilasetmə və digər təxirəsalınmaz işlər yerinə yetirilərkən rəhbər heyətin operativ və düzgün qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən hərbiləşdirilməmiş mülki-müdafiə dəstələrinin əməli vərdişlərə maksimum yiyələnmələrinə çalışılıb.
Qeyd edək ki, təlimin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün "Azərikimya" İB tərəfindən xüsusi qərargah yaradılmış, bu mühüm və xüsusi ilə vacib olan mülki müdafiə tədbirinə Birliyin baş direktor müavini Xalıq Mustafayev rəhbərlik edib.
Qeyd edək ki, təlimin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün "Azərikimya" İB tərəfindən xüsusi qərargah yaradılmış, bu mühüm və xüsusi ilə vacib olan mülki müdafiə tədbirinə Birliyin baş direktor müavini Xalıq Mustafayev rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə